Seleksiya nədir?

Digər elmi terminlər kimi seleksiya sözünün də etimologiyası latın dilinə dayanıb, mənası seçmə deməkdir. Bu termin təbiət elmlərindən başqa həm də sosial elmlərdə istifadə olunur. Seleksiya canlı orqanizmlərin ( heyvan, bitki hətta mikroorqanizm) fenotiplərində (xarici görünüş) təbii və süni olan dəyişikliklərdir. Seleksiya anlayışına hələ eramızdan əvvəl 4-cü əsrdə yunan alim Aristotelin əlyazmalarında rast gəlinib. Lakin, bu terminin intibah dövrü, ingilis alimi Çarlz Darvinə təsadüf edir. Təbiətdə baş verən dəyişikliklər və ekoloji amillər, canlıların mövcud vəziyyətə uyğunlaşmasını tələb edirdi və bu hadisə də öz növbəsində təbii seçmə adlanır. Təbii seçmə həyatın bir mexanizm açarı rolunu oynayır və bir növ sağ qalmaq uğrunda mübarizədir. Lakin, insanlar qədim dövrlərdən bitki və heyvanları öz mənafeləri üçün şüurlu şəkildə mədəniləşdirib istifadə ediblər. Bu isə süni seçmədir. Süni baş verən seleksiyalar müasir dövrdə olan ev heyvanları və istifadə edilən meyvə və tərəvəzlərdir. Bunun əsas məqsədi canlılarda insanlara lazım olan xarakter və göstəricilərin ön plana cəlb olunmasıdır. Belə seleksiyalar nəticəsində mövcud növlər yaxşılaşdırılır və ya yeni sortlar yaranır. Bu məqalə bitkilərə kökləndiyi üçün nümunələr də elə bitkilər üzərindən paylaşılacaq. Məsələn bütün göstəricililəri fermerləri qanə edən bir buğda düşünün, yalnız, bu buğdanın şoran torpaqlara qarşı dayanıqlığı yoxdur. Həmin şoran torpaqlarda isə başqa bir buğda növü var və şoran torpaqlarda yaxşı inkişaf edə bilir, amma, məhsuldarlığı zəifdir. Profesional seleksiyaçı bu situasiyada şoran torpağa dayanıqlı olan buğda növü ilə bütün keyfiyyətləri yaxşı olan buğda növünü çarpazlaşdırıb yeni nəsil alır. Yaranan bu yeni nəsil həm məhsuldar, həm də şoran torpağa dayanıqlı nəsildir. Bu proses isə süni seleksiyadır. Hal-hazırda bitkilər üzərində aparılan seleksiyalar bir neçə göstəricinin yaxşılaşdırılmasına ünvanlanır. Bu göstərcililər dövrün tələbat ardıcıllığına görə aşağıda sıralanıb. 1. Məhsuldarlığın artması 2. Ətraf-mühit təzyiqlərinə ( şoran torpaq, yüksək temperatur, quraqlıq) qarşı dayanıqlı 3. Xəstəlik, virus, göbələk və bakteriyalara dayanıqlı 4. Həşərat zərərvericilərinə qarşı dayanıqlı 5. Herbisitlərə dayanıqlı 6. Hazır məhsulun uzun müddət saxlanılmasına köklənmiş Müasir dövrdə bəzi analitiklər seleksiyanı ən uğurlu hadisələrdən biri adlandırır. Belə ki, 20-ci əsrdən sonra dünyada baş verən demoqrafik partlayış nəticəsində insan sayının kəskin artması, urbanizasiya, kənd təsərrüfatı təyinatlı torpaqların azalmasına olan tələb və təklif bir-birini tamamlaya bilməyəcəkdi. Məhsuldarlığın artırılmasına fokuslanan seleksiyaçılar az torpaq sahəsindən daha çox məhsul almağı bacardılar və aclıq nisbətinə ciddi təsir göstərə bildilər. Belə hadisələrin tarixi 11000 il əvvələ dayanır. Düzdür, elmin inkişaf etmədiyi dövrdə baş verən bütün seleksiyalar kortəbii şəkildə və hesablanmamış olsa da qədim insanlar bəzi bitkiləri mədəniləşdirib becərməyi bacarıb. Yalnız, 19-cu əsrdə Qreqor Mendel seleksiyanı çarpaz tozlanma nəticəsində öz qanununda nəzəri olaraq sübut etmişdir. Elmin inkişaf etdiyi sonrakı mərhələlərində arzuolunan göstərcilərə sahib olan sortların yaranmasından başqa həm də bəyənilməyən göstəricilərin də çıxardılması prosesini həyata keçirmək mümkün oldu. Təbiətdə rast gəlinən vəhşi xardal bitkisindən həm kələmin, həm brokolinin həm də gülkələmin yaranması süni seleksiyaya nümunədir. #toxum #toxumf1 #şitil #hibrid #hibridf1 #gmo #sort #heirloom #op #organic #artseeds #seleksiya

Yaranma Tarixi: 24:05:2025 02:34:36

188