Superqida nədir?

Superqida nədir? “Sağlam qida üçün” şüarından ilhamlanan Artseeds yeni “Superqida” layihəsini qürurla təqdim edir. Bu layihə çərçivəsində təklif olunan məhsullar mikroyaşıllıqlardan ibarətdir. Superqida brendi adı altında satışa çıxarılan bu məhsulların əsas xüsusiyyəti kiçik həcmdə istehlak edildikdə belə orqanizmi çoxlu qida elementləri ilə təmin etməsidir. Məhz bu səbəbdən brend Superqida adını almışdır. Mikroyaşıllıqlar, adından da göründüyü kimi, kiçik həcmdə olmasına baxmayaraq bədəndə lazımi qida maddələrini təmin etmək üçün əla mənbədir. Artseedsin yeni layihəsi sağlam qidalanmanın vacibliyini ön planda tutaraq istehlakçılara daha faydalı və qida elementləri ilə zəngin məhsullar təqdim etməyi hədəfləyir. Mikroyaşıllıq nədir? Mikroyaşıllıqlar çox kiçik göyərti tipli yaşıl bitkilərdir və onlar hal-hazırda geniş istifadə olunur. Məhsul kiçik kökcüklər, gövdə və yarpaqdan ibarət olur. Hazır məhsul qayçı ilə gövdənin dibindən kəsib istehlak etmək üçündür. İnsanlar onları salat, sup, yeməklərdə və ayrılıqda istifadə edir. Onların yetişməsi üçün otaq temperaturu, işıq və rütubət kifayətdir. Toxumları torpaqda və ya başqa substratlarda yetişdirmək olur. Mikroyaşıllıqların tarixi çox qədim deyil, onlar 20-ci əsrin sonlarında məşhurlaşıb. Mikroyaşıllıqlar ilk olaraq Amerika Birləşmiş Ştatlarında 1980-ci illərdə mətbəx ustaları və restoran şefləri tərəfindən istifadə edilməyə başlanmışdır. Öncələr mikroyaşıllıqlar əsasən salatlar və qarnirlər üçün istifadə edilirdi. Hazırda isə dünyada məişət mətbəxi və restoranlarda kütləvi şəkildə istifadə olunur. Niyə Mikroyaşıllıq? Dünya təcrübəsinə nəzər salsaq, mikroyaşıllıqların getdikcə istehlakı artan qida maddələri sırasına daxil olması təsadüfi deyil. Texnoloji tərəqqinin, biotik və abiotik amillərin səbəbindən və ən əsası durmadan sürətlə artan insan populyasiyasının qida çatışmazlığını aradan qaldırmaq üçün yaranan süni və keyfiyyətsiz qidalar dünyanın hər bir yanında müəyyən dəri, ağciyər, ürək-damar, qaraciyər, mədə-bağırsaq, cinsi və s. xəstəliklər gətirir. Bundan heç kimin sığortalanması təbii məsələdir. Zərərli qida maddələrinə davamlı şəkildə məruz qalan insan orqanizmi isə ən sonda xərçənglə üzləşməli olur. Belə halları maksimum uzaqlaşdırmaq üçün profilaktik olaraq insanlar antioksidantlardan istifadə etməlidir. Mikroyaşıllıqlar isə antioksidantlarla çox zəngin olan bitkilərdir. Hətta brokolidə olan antioksidant miqdarı gündəlik tələb olunan dozanın 550%-ə bərabərdir. Onların tərkibində demək olar ki, bütün vitaminlər (A, B, C, E, K), qida elementləri (kalsium, maqnezium, kalium, dəmir, selen, fosfor, sink və s. minerallar), antioksidantlar, polifenollar və orqanizmi dəstəkləyən birləşmələr yüklü miqdardadır. Bu da danılmaz faktdır ki, məsələn, çuğundur mikroyaşıllığında olan qida maddələri çuğundur meyvəsindən 9 dəfə daha çoxdur. Xeyri varmı? Var. Bu kiçik bitkilər öz vegetasiyasını tamamlaya bilməsi üçün rüşeymdə kifayət qədər istənilən canlı orqanizmə lazım olan qida maddələri olur. Bizlər də yetişmə prosesi yeni başlamış zoğlardan istifadə etdikdə həmin zəngin mineralları mənimsəmiş oluruq. İlk öncə vitamin K ilə zəngin olduğu üçün kardiovaskular (qan-damar) sistemə, sinir sisteminə yüksək təzyiqə və xolesterindən əziyyət çəkən xəstələrə şiddətlə tövsiyə edilir. Müasir araşdırmalara istinadən bir çox hallarda mikroyaşıllıqlardan xərçənglə mübarizədə istifadə olunur. Xüsusən brokolinin tərkibində olan sulforafan və digər antioksidantlar xərçəng hüceyrələrini bloklaşdırır. Antibiotiklərin, qeyri-sağlam dietanın və alkoqolun istifadəsi mədə-bağırsaq florasını pozaraq xeyirli bakteriyaları öldürür. Yarpaq liflərinin insan orqanizminə verdiyi probiotiklər isə lazımi bakteriyaları bərpa edə bilir. Yonca A vitamini ilə zəngin olduğu üçün gözlərin, saç və dırnaq kimi qərni törəmələrin qidalanması üçün yaxşı vasitədir. Mikroyaşıllıqlar 21-ci əsrin ən populyar xəstəliklərindən biri olan 2-ci tip şəkərli diabet xəstəliyinə qarşı yüksək həssaslıq göstərir. Bəlli olduğu kimi diabet xəstələri qanda olan qlükozanı idarə edə bilmir. Yəni hüceyrələr artıq şəkəri bədəndən ata bilmədiyinə görə qanda qalır. Mikroyaşıllıqların istehlakı qandakı şəkəri idarə etməyə kifayət qədər köməklik göstərir. Qanazlığı son zamanlar şiddətlə artmaqda olan patologiyalardan biridir. Düzgün qidalanmama, rejimsiz həyat tərzi və keyfiyyətsiz qidalar dəmir əskikliyinə gətirib çıxarır. Kahı və kələmkimilər fəsiləsinə aid olan mikroyaşıllıqlarda dəmir kifayət qədər vardır. Dəri qidalanması üçün və eyni zamanda D vitamini ilə zəngin olan mikroyaşıllıq isə günəbaxandır. İmmun sistemin tam işləməsi və sağlam hiss etməniz üçün çox önəmlidir. Depresiyaya meyillilik, enerjisizlik, həmişə yuxusuz hissi buna misaldır. İnsanın mental sağlamlığı fizioloji sağlamlıq qədər önəmlidir. Necə yetişdirməli? İlk öncə onu vurğulamaq istərdik ki, təklif etdiyimiz bütün mikroyaşıllıq toxumlarının istehsalı tam orqanikdir, yəni istehsal zamanı dərmanlanmadan istifadə edilməyib. Ümumiyyətlə, mikroyaşıllıqların yetişdirilməsi çox asandır və xüsusi əziyyət tələb etmir. İlk öncə torpaq, torf, sıx pambıq, daş yun, kokopit, tənzif, süngər, salfet və ya başqa əkin vasitələrinə toxumları səpib püskürtmə üsulu ilə onları isladırsınız. Substratın həmişə nəm qalması önəmli amildir. Bu üsul ilə islatma prosesi əkdiyiniz mikroyaşıllıq sortundan asılı olaraq 7-20 təkrarla edilir. Toxum rüşeymində olan enerji dəyəri gövdənin və yarpağın yetişməsi üçün kifayətdir. Ona görə də kənardan heç bir qida maddəsi tələb etmir. Bitkiyə kənardan olan istənilən müdaxilə onu stresə məruz qoyduğuna görə kəsilən zoğlardan yeni yarpaqlar inkişaf etmir. Artıq öz yetişdirdiyiniz tam orqanik məhsulunuz hazırdır. #artseeds #superqida #chloris #mikroyaşıllıq #microgreen #mikrozelen #superqidanədir #sağlamqidaüçün

Yaranma Tarixi: 04:11:2025 23:36:04

31