Toxum- inkişaf etməmiş bitki və ya generativ orqandır. Toxumlar formasına, rənginə, digər morfoloji xüsusiyyətlərinə görə fərqlənsələr də funksiyası və əsas məqsədi istənilən canlı orqanizmləri birləşdirən dəyər-çoxalmaqdır. Toxum istehsalı dövrün tələbini nəzərə alaraq toxumları bir neçə qrupa bölüb. Biz bu yazıda həmin qrupa daxil olan növlər və onların fərqlərindən bəhs edəcəyik. Sort- adi toxumlar olub hər əkində eyni göstəricilərə malik həmcins məhsuldarlıq verir. Bildiyiniz kimi, istənilən canlı orqanizm erkək və dişi hüceyrələrin birləşməsi nəticəsində yaranır. Sortlarda bu erkək və dişi hüceyrələri daşıyan bitkilər eyni göstəricilərə malikdir, yəni öz-özünə tozlanan bitkilərdir. “Heirloom”- əcdad növlər mənasına gəlir. Adından göründüyü kimi daha köhnə sortlardır. Qəbul olunub ki, 1950-ci ilə qədər seleksiya elminə məlum olan növlər “Heirloom” statusuna malik olsun. Hər dəfə eyni göstəricilərə malik həmcins məhsuldarlıq dedikdə, 1928-ci ildə kəşf olunan “California Wonder” bibəri və ya 1930-ci ildəki “Mortgage Lifter” pomidor toxumunun məhsuldarlığı, dadı, rəngi və digər parametrlərinin, həmin illərdə və indi eyni olması nəzərdə tutulur. “Orqanik”- bu subkateqoriya adi sortlarla eyni xüsusiyyətləri paylaşır. Yeganə fərqi ondadır ki, orqanik toxum əldə etməmiş bəzi əkin qaydaları və metodikalarına riayət etmək lazımdır. Orqanik sertifikasiyadan keçmiş toxum o deməkdir ki, onun yetişdirilməsi tam təbii şəkildə torpaqda, kimyəvi preparat və dərmanlardan, pestisidlərdən istifadə olunmadan aparılır. “Hibrid”- hal-hazırda tərəvəz toxumları arasında ən çox tələbat olunandır. Hibrid adından göründüyü kimi, qarışıq deməkdir. Bunu başa düşmək üçün, ən yaxşı nümunə çəhrayı güldür. Qırmızı güllə ağ gülün çarpazlaşması nəticəsində nəzəri olaraq alınan məhsul çəhrayıdır və bu nəsilə hibrid deyilir. Bitkiçilikdə hibridlər F1 ilə işarə olunur, mənası latınca övlad deməkdir. F-dən sonrakı rəqəmlər isə neçənci "nəsil" və ya "övlad" olduğunu göstərir. Hibridlərin yaranma səbəbi daha az əkin sahəsindən daha məhsuldar və ya daha dözümlü bitki növlərinin əldə olunması idi. Seleksiyaçılar buna nail olsalar da, hibridlərin qaçınılmaz bir neqativ keyfiyəti var o da bundan ibarətdir ki, hibrid toxumlarından yalnız bir əkin dövrü istəfadə etmək olur. Alınan məhsuldan əldə edilən toxum əkildiyi zaman ikinci nəsil olur və birinci ilə əlaqəsi olmayan və qeyri-həmcins məhsullar alına bilir. Seleksiya məqaləmizdə hibridlər haqqında daha geniş məlumat ala bilərsiniz. “GMO”- Genetik Modifikasiya olunmuş Orqanizmlər dedikdə, hər hansı bir canlı orqanizmin genotipinə edilmiş süni müdaxilə nəzərdə tutulur. GMO istənilən bir canlının genlərini əvəzləşdirmək prosesidir. 21-ci əsrdə qida və kənd təsərrüfatı sahəsində ən çox müzakirə olunan bu mövzuya münasibət birmənalı deyil. GMO yalnız bitkilərdə deyil, heyvanlarda da tətbiq olunur. Çarpaz tozlanma və süni seleksiyalar nəticəsində arzuolunan keyfiyyətlərə sahib hibridlərin alınması uzun çəkən prosesdir, amma, biotexnologiya və gen mühəndisliyi bu müddətin qısaldılmasına və daha da kankretləşməsinə şərait yaradır. GMO adətən sənayedə istehsal olunan məhsullarda olur. Bunlar qarğıdalı, buğda, günəbaxan, pomidor, soya, şəkər çuğunduru, düyü, yonca, pambıq, toyuq, yumurta, balıq, mal əti məhsulları və s-dir. Qarğıdalıda adətən gen modifikasiyası, xəstəlik və herbisitlərə qarşı daha dayanıqlı yeni nəsil yaratmaq üçün istifadə olunur. GMO-lu orqanizmlər də hibridlər kimi yalnız bir əkin dövrü olur. Növbəti nəsilə hibridlərdən fərqli olaraq “terminator toxum” deyilir və uğursuz olur. Qarğıdalı genotipinə Bacillus thuringiensis (Bt) bakteriyası geni əlavə olunur. Bu gen digər mövcud genlərlə birləşir və həşəratlar üçün daha toksik olan maddə ifraz edir ki, bu da zərərvericilərin məhv olmasına gətirib çıxarır. Digər analoji variant bənövşəyi pomidordur. İstənilən qırmızı pomidora qurdağzı çiçəyinin geni əlavə olunduqda pomidorda antosianin adlı rəng piqmentləri əmələ gəlməyə başlayır ki, bu da öz növbəsində pomidorun rəngini bənövşəyi edir. Heyvanlarda isə ən çox qızılbalığa tətbiq olunur. GMO ilə qızılbalığın tam böyümə dövrü 3 ildən 18 aya qədər endirilib. 1990-cı illərdən aramıza daxil olan bu termin və mövhum artıq mağazadan aldığımız yəni istehsal olunan qidaların 80 faizini təşkil edir. GMO-a niyə ehtiyac duyuldu? Demoqrafik artım yəni əhalinin kəskin sürətdə artması istehsalatın artmasına bu da, öz növbəsində intensiv əkinçiliyin yaranmasına gətirib çıxardı. İntensiv əkinçiliyin əsas məqsədi daha qısa zamanda kiçik sahələrdən yüksək məhsuldarlıq əldə etməyə xidmət edir. Əkin sahələrinin dayanmadan kortəbii şəkildə istifadəsi torpaqda qida balansının pozulmasına, xəstəlik, göbələk və zərərvericilərin inkişafına münbit təsir göstərdi. İstehlakın sürətləndiyi bu dövrdə torpaqlara əlavə olunan gübrələr və pestisdilər həm ətraf mühitə zərər verirdi və həm məhsuldarlığın qiymətinə birbaşa təsir göstərirdi. Biotexnoloqlar, bitkilərdə genetik müdaxilələr nəticəsində daha yüksək məhsuldarlıq, daha uzun rəf ömrü, insektisidlərə ehtiyac duymayan, xəstəlik, zərərverici və herbisidlərə daha dayanıqlı, ucuz başa gələn, daha iri, hətta, daha dadlı keyfiyyət göstəricilərinə malik məhsul əldə etdilər. Yuxarıda sadalananlar GMO-nun üstünlükləridir. Lakin, insan orqanizminə zərəri sübut olunan bəzi özəllikləri də var. Bunlar, allergik reaksiyalar, orqanizmdə qida elementlərinin disbalansı, antibiotikərə qarşı dözümlülük, immunodepressiya və xərçəngin yaranmasıdır. Bu aksiomdur ki, dünyada aclıqla mübarizədə istifadə olunan yeganə vasitə GMO-dur. GMO olmasaydı ən azından inkişafda olan ölkələr ciddi iqtisadi böhranla və qida çatışmazlığı ilə üzləşərdi. İnsanlar, bu terminlə tanış olduqdan bəri fikir ayrılığı içərisindədir. Yəni, əksər insanlar GMO tətbiq olunan ərzaqların insan orqanizminə böyük zərər vurduğuna, yuxarıda sadalanan göstəricilərin sadəcə kommersial məqsəddən doğulduğuna və mövcud vəziyyətdə alternativin olmadığını qəbul edir. Digər tərəfdən isə, insanlar qulaqdan-qulağa gəzən informasiyaların əsassız olduğuna, istənilən GMO məhsulun kanserogen olmadığına, hər bir müdaxilənin gen mühəndisləri tərəfindən insan orqanizminə təsirinin tamamilə öyrənilib tətbiq edildiyinə və elmə dayanan faktların rasional olduğuna inanır. Əlavə olaraq qeyd edək ki, adətən GMO toxumların idxalı ölkəmizdə yoxdur, yalnız, bəzi hallarda tələbat yaranarsa bu proses ”Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənir. #artseeds #chloris #superqida #sağlamqidaüçün #bloq #toxum #şitil #hibrid #hibridf1 #gmo #sort #heirloom #op #organic
Yaranma Tarixi: 04:11:2025 23:55:07
26